DÇ-nin qalibi məlumdur
İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Fişer şahmatı üzrə Dünya çempionatının qalibi olub.
mediasport.az xəbər verir ki, Rusiyalı qrossmeyster Yan Nepomnyaşşi finalda amerikalı Hikaru Nakamuraya məğlub olub.
Final dörd oyundan ibarət olub və rəqiblər iki dəfə heç-heçə edib, bir-birlərinə bir oyun fərqi ilə qalib gəliblər. Həlledici qarşılaşmanı ağ fiqurlarla yapon əsilli zəka sahibi qazanıb.
Fişer şahmatı partiya başlamazdan öncə fiqurların ixtiyari (lakin simmetrik) düzülüşündən ibarət klassik şahmatdır. Bu variantı şahmat üzrə 11-ci dünya çempionu amerikalı Robert Fişer tətbiq edib.