"Sabah"dan 2 yeni transfer
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah” İsveçrənin “Bazel” klubu ilə görüşdən əvvəl heyətini iki əcnəbi futbolçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, Masazır təmsilçisi qanalı yarımmüdafiəçi Avudu Başit və nigeriyalı forvard Stiven Ende ilə anlaşıb.
Hər iki futbolçunun 18 yaşı var. Eyni zamanda, əgər Başit yenicə kluba keçibsə, Ende artıq “bayquşlar”ın əvəzedici heyətində oyun keçirib.
Qeyd edək ki, təmsilçimizin İsveçrə klubu ilə ilk oyunu oktyabrın 23-də səfərdə, cavab görüşü noyabrın 6-da Azərbaycanda keçiriləcək.