"Spartak" "Neftçi" ilə yenidən nə zaman qarşılaşacaq? - AÇIQLAMA

"Spartak" "Neftçi" ilə yenidən nə zaman qarşılaşacaq? - AÇIQLAMA

"Gələcəkdə "Neftçi" ilə yoldaşlıq matçı təşkil etməyə çalışacağıq. Nə vaxt olacağı bəlli deyil. Amma biz qarşı tərəflə əlaqə saxlayırıq".

Mediasport.az xəbər verir ki, bunu "Spartak"ın (Moskva) baş direktoru Oleq Malışev "Matç TV"yə açıqlamasında deyib.

Komandalar ötən ilin yayında Moskvada yoldaşlıq oyununda qarşılaşıblar. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, "Spartak"ın martın 23-də Bakıda "Neftçi" ilə yoldaşlıq görüşü Rusiyadakı terror aktına görə təxirə salınmışdı.