"Sabah"ın rəqibinin baş məşqçisi: "Komanda qat-qat yaxşılaşıb"

"Sabah"ın rəqibinin baş məşqçisi: "Komanda qat-qat yaxşılaşıb"

"Şərait ən yüksək səviyyədə idi. "Sabah" və "Hapoel"ə (Beer Şeva) qarşı oyunlara qədər hazır olacağıq".

Mediasport.az xəbər verir ki, UEFA Konfrans Liqasındakı təmsilçimiz "Sabah"ın rəqibi "Makkabi"nin (Hayfa, İsrail) baş məşqçisi Barak Bahar klubun rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis komandasının İspaniyadakı toplanış çərçivəsində hazırlığını dəyərləndirib:

"Mənə elə gəlir ki, təkmilləşdirməli olduğumuz çox şeylər üzərində işləmişik. Biz intensiv məşq etdik və inanıram ki, indi komanda toplanışın əvvəlindən qat-qat yaxşılaşıb".

Xatırladaq ki, "Sabah" - "Makkabi" görüşü iyulun 25-i Macarıstanda, cavab matçı isə avqustun 1-də Bakıda keçiriləcək.