Rahil Məmmədov Polşada ən yaxşılar arasında yer aldı - FOTO
Azərbaycan milli komandasının üzvü Rahil Məmmədov Polşa çempionatında həftənin rəmzi komandasına seçilib.
Mediasport.az xəbər verir ki, "Radomyak"ın müdafiəçisi 15-ci turun ən yaxşıları arasına düşüb.
Rahilin komandası hesabat turunda "Poqon"u 1:0 hesabı ilə məğlub edib. 28 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Radom klubu 15 turdan sonra 13 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.