"Şamaxı"da yeni futbolçu

"Şamaxı"da yeni futbolçu

"Şamaxı" növbəti transferini gerçəkləşdirib.

mediasport.az xəbər verir ki, komanda "Kəpəz"dən ayrılan Zahid Mərdanovla 1,5 illik müqavilə bağlayıb.

"Şamaxı" bundan əvvəl hücumçu Emil Qasımov və Emin Zamanovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə isə müqaviləni yeniləyib.