"Sabah"ın sabahı uğurlu görünür
AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda 2022/23-cü illər mövsümü başa çatdırılıb.
MediaSport.az xəbər verir ki, “Sabah” Futbol Akademiyasının komandaları mövsümü uğurla yekunlaşdırıblar.
U-13 komandası qızıl medal qazanıb. Savalan Əlizadənin yetirmələri liqanın final oyununda “Neftçi”ni 2:0 hesabıyla məğlub edərək, çempion olublar.
U-14 Liqasında həlledici oyununa vəsiqə qazanan Elvin Həsənovun komandası finalda “Qarabağ”a məğlub olaraq (1:2) liqanı ikinci pillədə – gümüş medallarla başa vurub.
Elnur Zeynalovun rəhbərliyi ilə U-15 komandası mövsümü çempion kimi başa vurub. İslam Həsənov 76 qolla liqanın bombardiri olub.
U-16 Liqasında çempionatın başa çatmasına 2 tur qalmış çempionluğu təmin edib. Babamirzə Mehdiyev mövsümün ən yaxşı futbolçusu seçilib.
Komanda U-17 Liqasında da ən güclü olub. Niyazi Osmanov çempionatın ən məhsuldar futbolçusu adını qazanıb - 35 qol.
İqor Ponomaryovun baş məşqçisi olduğu U-19 Gənclər Liqasında mövsümü üçüncü pillədə – bürünc medallarla yekunlaşdırıb.
AFFA-nın qərarı ilə 2022/23 mövsümündən etibarən 12 və daha aşağı yaş qruplarından ibarət liqalarda nəticələr qeydə alınmır.