"Şamaxı" buradan köçdü!
Premyer Liqada işləri qaydasında gedən “Şamaxı” yeni əməkdaşlığa başlayıb.
Klubdan Mediasport.az saytına verilən məlumata görə, bölgə təmsilçisi 2 ildən çoxdur məskunlaşdığı "Şirvan" otelini tərk edib.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv bundan sonra “Shamakhi Palace Sharadil” otelində məskunlaşacaq.
"Şamaxı" burada gündəlik qidalanma ilə təmin olunacaq, otelin konfrans zalı, hovuz, spa, fitness və digər xidmətlərindən istifadə edəcək.
Xatırladaq ki, yenidən Premyer Liqaya qayıdan komandanın "Şirvan"dan ayrılmasının səbəbi mehmanxananın təmirə bağlanmasıdır.