"Səbail" Zirə səfərində, "Neftçi" "Qəbələ"yə qarşı

"Səbail" Zirə səfərində, "Neftçi" "Qəbələ"yə qarşı

Bu gün Premyer Liqada 14-cü turun oyunları 2 qarşılaşma ilə davam etdiriləcək.

mediasport.az xəbər verir ki, turun mərkəzi matçlarından sayılan "Neftçi" - "Qəbələ" duelindən öncə "Səbail" Zirəyə yollanacaq.

Tura dünən "Şamaxı" - "Sumqayıt" görüşü ilə start verilib. Meydan sahibləri 4:2 hesablı qələbə ilə mövsümdə ikinci dəfə meydandan 3 xalla ayrılıblar. 14-cü tura sabah keçiriləcək qərb derbisi - "Kəpəz" - "Turan Tovuz", eləcə də mərkəzi matç - "Sabah" - "Qarabağ" oyunları ilə yekun vurulacaq. 


Premyer Liqa. 14-cü tur

12 noyabr


"Zirə" – "Səbail"

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Cavid Cəlilov

Hakim-inspektor: Asim Xudiyev

Zirə İdman Kompleksinin stadionu, 16:00.


"Neftçi" – "Qəbələ"

Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rəhman İmami, Rövşən Rəcəbov

Hakim-inspektor: Feyzulla Feyzullayev

“Bakcell Arena”, 18:30.