"Bütün planlarımız alt-üst oldu" - Abasov məğlubiyyəti şərh etdi
"Sumqayıt" Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Fehervar"a (Macarıstan) uduzub (1:2).
Mediasport.az xəbər verir ki, "gənclik şəhəri"i klubunun baş məşqçisi Samir Abasov qarşılaşma haqda fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun əvvəlində çətin vəziyyətlə üzləşdik, azlıqda qaldıq. Buna görə hərəkət etməli idik. Bütün planlarımız alt-üst oldu. Qol vurduq, yaxşı oynamağa başlamışdıq. İstəmədiyimiz hal baş verdi. İkinci oyun bundan da çətin olacaq. Üstünlük rəqibdədir. Amma bəzi yaxşı epizodların üzərində dayanıb futbolçuları cavab oyununa yaxşı kökləməyə çalışacağıq.
Qırmızı vərəqə olmasaydı...
- 100 faiz nəticə başqa cür olardı. Ümidlərimiz də fərqli olardı. İndi həddindən artıq problemlər yaşayırıq. Bizim komandamız budur. Qırmızı vərəqə olmasaydı, yenə bu heyət oynayacaqdı. Heyətlə bağlı çətinliklərimiz var. 3-4 günümüz qalıb, bəzi mövqelərdə dəyişiklik etmək məcburiyyətindəyik.
Bu nəticədən sonra şansları necə dəyərləndirirsiz?
- 30 faiz. Rəqibin üstünlüyü 70 faizdir. Şansımızdan istifadə etməyə çalışacağıq.
Hakim idarəçiliyindən razı qaldız?
- Epizodlara baxmamışam. Həddən çox sarı vərəqələr oldu. Hakim sanki oyuna köklənməmişdi.