Santuş istefaya göndərilir? - Sərxan Hacıyevdən AÇIQLAMA
"Fernandu Santuşun istefaya göndərilməsi məsələsi hazırda gündəmdə deyil".
Mediasport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın içraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
Federasiya rəsmisi yığmamızın portuqaliyalı çalışdırıcısının gələcək taleyi ilə bağlı açıqlama verib: "Santuş hazırda AFFA rəsmiləri ilə birlikdə İsveçrənin Sürix şəhərində DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimindədir. İş başındadır və işini davam etdirir".
S.Hacıyev mundialın püşkü barədə də danışıb: "Komandamız istənilən rəqibə qarşı mübarizə aparmalıdır. Hansısa rəqibin adını çəkmək düzgün olmaz. Millimiz matçlarda sonadək döyüşməlidir. Bundan sonra nəticə məlum olacaq".