"Rubin" və "Neftçi"nin sabiq üzvü "Qəbələ"də çıxış edəcək
1-ci Liqada yarışacaq "Qəbələ" heyətini iki futbolçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi "Rubin"də (Rusiya) oynamış Samir Həsənou transfer edib.
21 yaşlı müdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb. O, “Neftçi”nin də formasını geyinib.
Kaxaber Sxadadzenin baş məşqçisi olduğu kollektiv hücumçu Ruslan Voronsovu da rənglərinə bağlayıb.
Ötən mövsümü "Cəbrayıl"da keçirmiş 28 yaşlı futbolçu ilə "1+1" illik müqavilə imzalanıb.
29 yaşlı forvard "Simurq", "Ağsu", "Şəmkir", "Zaqatala", "Mingəçevir", "Qaradağ Lökbatan", MOİK, "Karvan", "Cəbrayıl", Şimali Kiprin "Larnaka Gənclərbirliyi" klublarında forma geyinib.