"Şamaxı" "Kəpəz"dən üstün oldu, "Qarabağ" "Neftçi"ni məğlub etdi

"Şamaxı" "Kəpəz"dən üstün oldu, "Qarabağ" "Neftçi"ni məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə 2 qarşılaşma keçirilib.

6 turdan sonra xal qazana bilməyən "Kəpəz" Tovuzda "Şamaxı"ya uduzub.

Son çempion "Qarabağ" cari mövsümdə də uğursuzluq zolağından çıxa bilməyən "Neftçi"ni 4 cavabsız qolla üstələyib.

Turun digər oyunları 21-22 sentyabrda baş tutacaq.

Azərbaycan Premyer Liqası. 7-ci tur

20 sentyabr

"Kəpəz" - "Şamaxı" 0:2

Qollar: Brahim Konate, 16, Giorgi Kantaria, 20.

"Kəpəz": 1.Rojerio Santos, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 78. Yeqor Kvalko (k), 19. Lassana Ndiaye, 77. Viktor Braqa.

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 29. Dioqo Verdaska, 28. Redon Mihana, 10. Karim Lkouça.

Baş məşqçi: Azər Bağırov.

"Şamaxı": 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke.

Baş məşqçi: Ayxan Abbasov.

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.

VAR: Rauf Cabarov.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Tovuz şəhər stadionu.

"Qarabağ" - "Neftçi" 4:0

Qol: Robert Bauer, 18-avtoqol, Olavio Juninyo, 28, Yassin Benzia, 45+2, Leandro Andrade, 90+1.

"Qarabağ": 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao.

Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 8. Marko Yankoviç, 19. Redon Cica, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.

Baş məşqçi: Qurban Qurbanov.

"Neftçi": 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev (k), 13. Emil Səfərov, 14. Edvin Kuç, 44. Yuri Matias, 23. Robert Bauer, 24. Mustafa Sek, 9. Andre Şinyaşiki, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin.

Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 91. Ağadadaş Salyanskiy, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.

Baş məşqçi: Roman Qriqorçuk.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.

VAR: İnqilab Məmmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

"Azərsun Arena".