"Qəbələ"nin baş məşqçisi "Milan" əfsanələrinə qarşı kapitan oldu

"Qəbələ"nin baş məşqçisi "Milan" əfsanələrinə qarşı kapitan oldu

“Qəbələ”nin baş məşqçisi Kaxaber Çxadadze Gürcüstana yollanıb.

Mediasport.az xəbər verir ki, mütəxəssis Tbilisidə Gürcüstan millisinin veteranları ilə “Milan”ın əfsanələri arasında yoldaşlıq görüşündə iştirak edib.

O görüşdə komandanı meydana kapitan kimi çıxarıb.

“Milan”ın heyətində Dida, Kafu, Alessandro Kostakurta, Kristian Panuççi, Massimo Ambrozini, Serjinyo, Klarens Zeedorf, Rivaldo və Kaka kimi ulduzlar oynayıb.

Matçda 2:2 hesabı qeydə alınıb, milanlılar penaltilərlə qələbə qazanıblar - 3:1.