Azərbaycanın məşhur şirkəti Türkiyə klubunun sponsoru oldu

Azərbaycanın məşhur şirkəti Türkiyə klubunun sponsoru oldu

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə daha bir klubun sponsoru olub.

Mediasport.az xəbər verir ki, dövlət neft şirkəti "Qalatasaray"ın ardından “İğdır” klubu ilə də əməkdaşlıq müqaviləsi bağlayıb.

1-ci Liqaya yeni vəsiqə qazanmış kollektivlə anlaşmaya əsasən, İğdır təmsilçisinin bütün rəsmi matçlarında formaların önündə SOCAR yazısı və loqosu yer alacaq. Müqavilənin detalları açıqlanmayıb.

Komanda 6 turdan sonra 10 xalla 5-ci sırada qərarlaşıb.

Xatırladaq ki, ARDNŞ ötən il "Qalatasaray"la sponsorluq müqaviləsi imzalayıb və İstanbul nəhəngi 3 il ərzində avrokubok oyunlarında şirkətin loqo və adı olan formalarda meydana çıxacaq.