Superliqada milli futbolçuların duelində sevinən tərəf Renat olub
Türkiyə Superliqasında 23-cü turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, dünən baş tutan qarşılaşmalarda Azərbaycan milli komandasının futbolçuları - Şahruddin Məhəmmədəliyev və Renat Dadaşovun komandaları (müvafiq olaraq, "Adana Dəmirspor" və "Hatayspor") üz-üzə gəliblər.
Həm Şahruddin, həm də Renat matça start heyətdə başlayıblar. Dadaşov qarşılaşmanın 48-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb və 20 dəqiqə sonra - 68-ci dəqiqədə əvəzlənib. Yekunda oyun "Hatayspor"un qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Adana klubu ölkə çempionatının turnir cədvəlində 31 xalla 7-ci, Hatay təmsilçisi 25 xalla 14-cü pillədədir.
Türkiyə Superliqası. 23-cü tur
"Alanyaspor" - "Pendikspor" 1:1
"Adana Dəmirspor" - "Hatayspor" 0:1