PFL yeni mövsümün püşkatma mərasiminin vaxtını açıqladı

PFL yeni mövsümün püşkatma mərasiminin vaxtını açıqladı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Peşəkar Futbol Liqasından "MediaSport"a verilən məlumata görə, tədbir iyulun 18-də AFFA-nın inzibati binasında keçiriləcək.

Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 4-də start götürəcək.