Bu məşqçi "Neftçi" ilə müqavilə bağlamaq üçün Rusiyaya yollandı: İlinə 1 milyon manat qazanacaq
Rusiyanın Sankt-Peterburq şəhərində olan "Neftçi"nin yeni baş məşqçisi bu gün rəsmiləşə bilər.
MediaSport.az saytına verilən xəbərə görə, Rumıniya yığmasının sabiq hücumçusu Adrian Mutuya təklif göndərən "ağ-qaralar" mütəxəssisin müqaviləsi olduğu "Rapid"ə klubun tələb etdiyi 200 min avro təzminatı da ödəməyəcək. Mütəxəssis klubu ilə aralarında bu problemi razılaşdırıb.
Mutunun Bakı klubu ilə müqavilə bağlamaq üçün artıq Rusiyaya yollandığı bildirilir. Məlumata əsasən, 44 yaşlı çalışdırıcı ölkəmizdə ilinə 650 min avro (təxminən 1 milyon 110 min manat) maaş alacaq.
Maraq üçün deyək ki, Mutunun Buxarest klubunda illik əmək haqqı cəmi 150 min avro idi.
O, “Voluntari”, “Əl Vəhdə” (U-21), Rumıniya (U-21) və “Krayova” komandalarını da çalışdırıb.