"Sumqayıt" ev oyununu nə vaxt yeni stadionda keçirəcək? - AÇIQLAMA

"Sumqayıt" ev oyununu nə vaxt yeni stadionda keçirəcək?  - AÇIQLAMA

"Peşəkar Futbol Liqası (PFL) stadiona baxış keçirib. Müəyyən iradlar var idi, düzəlişlər tələb olundu".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Sumqayıt" futbol klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev bildirib.

Klub rəsmisi arenada çatışmazlıqların aradan qaldırılması işlərinin aöarıldığını bildirsə də, işlərin nə vaxt yekunlaşacağı barədə dəqiq tarix deməyib:

"Premyer Liqanın oyununu keçirmək üçün PFL-in müəyyən göstərişləri var idi. Hazırda bununla bağlı işlər davam edir. Mümkün olduğu qədər qısa müddətdə işi yekunlaşdırıb növbəti ev oyunlarımızdan birini yeni stadionumuzda keçirmək istəyirik. Arenada oyunları bizim klub keçirəcək deyə işlər də bizim komandamız tərəfindən aparılır".

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ötən ay əsaslı yenidənqurmadan sonra Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olub.