Serbiya nəhəngi "Qarabağ"ın forvardını transfer etmək istəyir

Serbiya nəhəngi "Qarabağ"ın forvardını transfer etmək istəyir

"Qarabağ"ın hücumçusu Olavio Juninyo ilə daha bir Avropa klubu maraqlanır.

Mediasport.az xəbər verir ki, braziliyalı forvardı Serbiya nəhəngi “Srvena Zvezda” heyətinə qatmaq istəyir.

Serbiya mətbuatı yazır ki, paytaxt təmsilçisi uzun müddətdir diqqət mərkəzində saxladığı 27 yaşlı futbolçunun keçidi üçün Azərbaycan çempionuna rəsmi təklif göndərməyə hazırlaşır.

Xatırladaq ki, "sambaçı"nın Ağdam klubu ilə anlaşması 2026-cı il iyunun 30-na qədər qüvvədədir.