Rəfiyev Sumqayıt stadionunun açılacağı tarixi və tutumu AÇIQLADI

Rəfiyev Sumqayıt stadionunun açılacağı tarixi və tutumu AÇIQLADI

Sumqayıt şəhər stadionunun istifadəyə veriləcəyi tarix bəlli olub.

mediasport.az "report"a istinadən xəbər verir ki, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev stadionda hazırlıq işlərinin son tamamlanma mərhələsinin aparıldığını deyib.

“Xırda kosmetik işlər qalıb. Plana əsasən, noyabr ayının sonlarında stadion tam hazır vəziyyətdə olacaq. Hazırda yerləşdiyimiz bina tamamilə akademiyanın sərəncamına veriləcək. Arena 10 min azarkeş tutumuna malik olacaq. İki tablo quraşdırılacaq. İlk oyunu keçirmək üçünsə bir müddət də gözləməli olacağıq. Çünki yeni əkilən qazonun tam hazır olması üçün müəyyən qədər zamana ehtiyac duyulur”.