"Sumqayıt"da yeni anlaşma

"Sumqayıt"da yeni anlaşma

"Sumqayıt" Futbol Klubu ilə "Cinema Plus" kinoteatrlar şəbəkəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

mediasport.az xəbər verir ki, anlaşmaya əsasən, “Cinema Plus” kinoteatrlar şəbəkəsi "Sumqayıt" Futbol Klubunun sosial həyatında aktiv iştirak edəcək.

Belə ki, tərəflər birlikdə "Sumqayıt" Futbol Akademiyasının üzvlərinin, aşağı yaş qruplarında çıxış edən futbolçuların asudə vaxtlarının səmərəli təşkili, həmçinin azyaşlı oyunçuların maarifləndirməsi yönündə birgə layihələr həyata keçirəcəklər.