"Sumqayıt" 20 yaşlı futbolçu ilə yeni müqavilə bağlayıb - RƏSMİ

"Sumqayıt" 20 yaşlı futbolçu ilə yeni müqavilə bağlayıb - RƏSMİ

"Sumqayıt" futbolçusu Ayxan Süleymanlı ilə müqavilə müddətini uzadıb.

Mediasport.az xəbər verir ki, tərəflər arasında bu mövsümün sonunda başa çatacaq anlaşma 3+1 il şərti ilə artırılıb.

20 yaşlı müdafiəçi 2022-ci ildən "Gənclik şəhəri" komandasının formasını geyinir.

Ayxan bu müddət ərzində "Sumqayıt"ın heyətində 16 Premyer Liqa oyununda meydana çıxıb.