"Qarabağ"ın qələbəsi ölkəmizi UEFA reytinqində Slovakiyadan irəli salıb

"Qarabağ"ın qələbəsi ölkəmizi UEFA reytinqində Slovakiyadan irəli salıb

Futbol üzrə Avropa Liqasının keçid pley-off mərhələsinin ilk matçında tarixi qələbə qazanan "Qarabağ" UEFA reytinqində Azərbaycanın hesabına növbəti xalları yazdırıb.

Mediasport.az xəbər verir ki, "Braqa" üzərində 4:2 hesablı qalibiyyət ölkəmizin aktivinə daha 0,500 əmsal gətirib.

Son 5 mövsümdə ümumi əmsallarının sayını 19,625-ə çatdıran Azərbaycan UEFA reytinqində Slovakiyanı geridə qoyaraq, 27-ci pilləyə yüksəlib.

Hər iki ölkə eyni əmsala malik olsa da, klublarımızın cari mövsüm daha çox xal toplamaları irəliləməyimizə səbəb olub.

Reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir.