"Sumqayıt"ın Xəyalı "Qarabağ"la görüşdə arzusunu reallaşdırdı
Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt” - “Qarabağ” qarşılaşması meydan sahiblərinin qapıçısı Xəyal Fərzullayev üçün əlamətdar olub.
Mediasport.az xəbər verir ki, Sumqayıt futbol akademiyasının yetirməsi Premyer Liqada debüt matçını keçirib.
10 yaşından “gənclik şəhəri" təmsilçisinin formasını geyinən qolkiper ilk çempionat oyununda qapısını toxunulmaz saxlamağı bacarıb.
Qeyd edək ki, 18 yaşlı Xəyalla yanaşı, bu mövsüm komandanın daha bir yetirməsi Sənan Muradlı da Premyer Liqada debüt edib.