Qurbanov "Nant"la oyun öncəsi: "Hər komandanın uğursuz seriyası olur"

Qurbanov "Nant"la oyun öncəsi: "Hər komandanın uğursuz seriyası olur"

"Hər sistemin öz çətinlikləri var. Rəqib keyfiyyətli komandadır. Öz meydanında daha yaxşı oynayır".

mediasport.az xəbər verir ki, bu sözləri "Nant"la Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun səfər oyunundan əvvəl keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis deyib ki, Bakıda bu komandaya 3:0 hesabı ilə qalib gəlmələri yanlış fikirlər yarada bilər: "Əlimizə düşən hər imkandan maksimum istifadə etməyə çalışacağıq. Rəqibə böyük hörmətlə yanaşırıq. Bakıdakı matçda qol epizodları oldu. Hətta hesab 0:0 olarkən üstünlük onların tərəfində idi. Rəqibin heyətində bacarıqlı futbolçular var. Sadəcə, hər komandanın uğursuz seriyası olur. Son vaxtlar "Nant"ın oyununda irəliləyiş var".

"Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.