100 liqa arasında geridə qalan 9 ayın bombardirləri - SİYAHI

100 liqa arasında geridə qalan 9 ayın bombardirləri - SİYAHI

2023-cü ilin geridə qalan 9 ayında ölkə çempionatlarında ən çox qol vuran futbolçuların adları açıqlanıb.

Mediasport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahıya "Bavariya"nın hücumçusu Harri Keyn başçılıq edir.

Münhen klubuna bu yay “Tottenhem”dən transfer edilən ingiltərəli forvard 9 ay ərzində 25 qol vurub. Çempionatın reytinqi daha aşağı olan Türkiyə Superliqasından “Qalatasaray”ın argentinalı qoleadoru Mauro İkardi də eyni sayda qola imza atdığı üçün 2-ci pillədə qərarlaşıb. Sıralamada 3-cü yeri 24 qolla "Əl-Nəsr"in portulqaliyalı ulduzu Kriştianu Ronaldu tutur.

Araşdırma ən yüksək reytinqə malik 100 çempionat arasında aparılıb.


İlk “10-luq”

1. Harri Keyn (“Tottenhem”, “Bavariya”) – 25 qol

2. Mauro İkardi (“Qalatasaray”) - 25

3. Kriştianu Ronaldu (“Əl-Nəsr”) - 24

4. Barnabas Varqa (“Pakşi”, “Ferensvaroş”) - 24

5. German Kano (“Fluminense”) - 23

6. Erlinq Haaland (“Mançester Siti”) - 23

7. Lautaro Martines (“İnter”) - 23

8. Kilian Mbappe (PSJ) - 23

9. Santiaqo Ximenes (“Feyenoord”) - 23

10 Dominik Ştolts (“Svift”, Lüksemburq) - 23