Milli komandamızın AÇ oyununu ingilis hakimlər idarə edəcəklər

Milli komandamızın AÇ oyununu ingilis hakimlər idarə edəcəklər

UEFA qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstanla keçirəcəyi oyununun hakimlərini açıqlayıb.

Mediasport.az xəbər verir ki, B liqasının l qrupunda baş tutacaq qarşılaşmanı İngiltərədən olan ədalət təmsilçiləri idarə edəcəklər.

Aprelin 5-də keçiriləcək matçda baş hakim Kirsti Doul, yan xətt hakimləri Sofi Denninqton və Rubi Saykes olacaqlar.

Dördüncü hakim funksiyasını Emili Hislip yerinə yetirəcək.

Görüş Bakı vaxtı ilə saat 19:45-də başlanacaq.