FOTO: Millimizin üzvü Niderland çempionatında 9-cu qolunu vurdu, oyunun ən yaxşı futbolçusu seçildi
Futbol üzrə Niderland 1-ci Liqasında 28-ci turun oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Yonq Az Alkmar"la bərabərə qalıb - 1:1.
90 dəqiqə meydanda olan yığmamızın üzvü komandasını məğlubiyyətdən xilas edib. Kökçü 65-ci dəqiqədə fərqlənməklə cari mövsüm vurduğu qolların sayını 9-a çatdırıb.
Onun aktivində 2 məhsuldar ötürmə də var.
"Eyndhoven" 34 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.