Legioner azərbaycanlılar turu məğlubiyyətlə başa vurdular

Legioner azərbaycanlılar turu məğlubiyyətlə başa vurdular

Legioner həyatı yaşayan Azərbaycan millisinin 3 oyunçusu klub futbolunda növbəti oyunlarına çıxıblar.

Mediasport.az xəbər verir ki, Rahil Məmmədovun uğurları üçün çalışdığı "Radomyak" Polşa Ekstraklasasında "Zaqlebye"yə uduzub.

Rahilin adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Amil Yunanovun komandası "Biliş" Albaniya Superliqasında "Elbasani"yə məğlub olub.

Amilin də adı "21-lik"dən kənarda qalıb.

Cəlal Hüseynovlu "Arda" Bolqarıstan Birinci Liqasında "Levski" ilə bacarmayıb.

Hüseynov qarşılaşmanı kənardan izləyib.


Polşa Ekstraklasası. 10-cu tur

"Zaqlebye" - "Radomyak" 1:0

Albaniya Superliqası. 7-ci tur

"Biliş" - "Elbasani" 0:1

Bolqarıstan Birinci Liqası. 10-cu tur

"Levski" - "Arda" 2:1