Mutu rəhbərlikdən 900 minlik transfer istədi: Bu futbolçunu "Neftçi"yə gətirin
"Neftçi"nin yeni baş məşqçisi Adrian Mutunun transfer etmək istədiyi ilk futbolçu müəyyənləşib.
MediaSport.az xəbər verir ki, 44 yaşlı mütəxəssis rəhbərlikdən Rumıniyanın ÇFR klubunda çıxış edən 28 yaşlı mərkəz müdafiəçisi Yuri Matiasın alınmasını istəyib.
Tərəflər arasında danışıqlar başlanıb. Məlumata görə, Kluj təmsilçisi braziliyalıya görə Bakı klubundan 500 min avro (təxminən 900 min manat) tələb edir.