Renat Dadaşov bu gün Türkiyə Superliqasında debüt edə bilər
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov bu gün Türkiyə Superliqasında debüt edə bilər.
Mediasport.az xəbər verir ki, yığmamızın forvardının yeni müqavilə bağladığı "Hatayspor" liqanın 5-ci turunda "Fatih Karagümrük"lə üz-üzə gələcək.
Hatay klubu matçın afişasına futbolçumuzun şəklini yerləşdirib. Renat, çox güman, yeni klubunda ilk oyununa çıxacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, Türkiyə millisinin sabiq qapıçısı Volkan Dəmirəlin rəhbərlik etdiyi kollektiv Dadaşovu "Qrasshopper"dən mövsümün sonuna qədər icarəyə götürüb.
"Hatayspor" 4 turdan sonra 6 xalla 10-cu pillədə qərarlaşıb.