"Sabah"ın yeni transferi: "Birlikdə böyük uğurlara imza atacağıq"

"Sabah"ın yeni transferi: "Birlikdə böyük uğurlara imza atacağıq"

“Sabah”la müqavilə bağladığıma görə çox şadam"

MediaSport.az xəbər verir ki, bu sözləri Masazır klubunun yeni transferi Rəhman Daşdəmirov deyib.

Gənc müdafiəçi keçidi ilə bağlı fikirlərini bildirib: "Bu cür iddialı kollektivin bir parçası olmaq qürurvericidir. Mənə etimad göstərildiyinə görə təşəkkür edirəm. Əlimdən gələni edəcəm ki, mənə olan inamı doğruldum. Azarkeşləri növbəti mövsümdə də komandamızı sona kimi dəstəkləməyə çağırıram. İnanıram ki, birlikdə böyük uğurlara imza atacağıq”.