Zirədə qalib müəyyənləşməyib, "Sabah" debütantı məğlub edib

Zirədə qalib müəyyənləşməyib, "Sabah" debütantı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib və hər iki duel Bakıda baş tutub.

Həftəyə dünən "Sumqayıt" - "Kəpəz" qarşılaşması ilə start verilib və Gəncə təmsilçisi səfərdə qələbə qazanıb (3:1).

Tura sabah oynanılacaq iki matçla yekun vurulacaq. "Qəbələ" "Səbail"i qəbul edəcək, "Neftçi Arena"da "Neftçi" və "Qarabağ" arasında Azərbaycan derbisi olacaq.


Azərbaycan Premyer Liqası. 25-ci tur


“Zirə” – “Turan Tovuz” 1:1

Qollar: Ceyhun Nuriyev, 62-pen, - Belajdi Pusi, 11.

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Zirə İK stadionu, 16:00

“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato (k), 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 23. Rafael Utziq, 19. Salifu Suma.

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 55. Ramin Abdullayev, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.

Baş məşqçi: Rəşad Sadıqov.

“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 5. Roderik Miller, 23. Alexandro Serrano, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov.

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 80. Otto Con, 21. Aleks Souza.

Baş məşqçi: Ayxan Abbasov.


“Sabah” – “Araz-Naxçıvan” 2:0

Qollar: Emmanuel Apeh, 54, Kahim parris, 90+7-pen.

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“Bank Respublika Arena”, 18:30