Yığma komandamızda çıxış edən iranlı futbolçu klubsuz qaldı
Futbol üzrə Azərbaycan milli komandasının keçmiş hücumçusu Əli Qurbani klubsuz qalıb.
MediaSport.az xəbər verir ki, 1 ildən çoxdur yığmamıza dəvət almayan 32 yaşlı iranlı futbolçu vətənində formasını geyindiyi "Fulad"dan ayrılıb.
2022-ci ildən Xuzistan klubunda çıxış edən Qurbani burada 12 oyun keçirib, 1 qolla yadda qalıb.
O, 2020-ci ildən formasını geyindiyi millimizin heyətində 8 matçda iştirak edib.