"Səbail" onu da yola saldı - RƏSMİ

"Səbail" onu da yola saldı - RƏSMİ

İndiyədək 4 futbolçu ilə yollarını ayıran "Səbail" daha bir üzvü ilə vidalaşıb.

mediasport.az xəbər verir ki, baş məşqçi Şahin Diniyev Ruslan Hacıyevin də xidmətində maraqlı olmayıb.

25 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Daha əvvəl Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa komandada saxlanılmayıb.