"Zirə"nin alıb heyətinə qata bilmədiyi futbolçu yığmaya çağırıldı

"Zirə"nin alıb heyətinə qata bilmədiyi futbolçu yığmaya çağırıldı

Hələlik "Zirə"nin heyətinə qoşulmayan komandanın üzvü İssa Cibriel milli komandaya dəvət alıb.

mediasport.az xəbər verir ki, nigerli vinger ölkəsinin Konqo Respublikası və Liviyaya qarşı keçirəcəyi yoxlama oyunları üçün yığmaya çağırılıb.

Azərbaycana qədər son klubu Türkiyənin "Keçiörengücü" komandası olan Cibriel "Zirə"nin düşərgəsinə 2023-cü ilin yanvarında qoşulacaq.