Orxan Məmmədov "Turan Tovuz" üzərində qələbədən yazdı

Orxan Məmmədov "Turan Tovuz" üzərində qələbədən yazdı

"Zirə" Premyer Liqanın VIII turunda səfərdə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib. MediaSport.az xəbər verir ki, klubun Müşahidə Şurasının sədri Orxan Məmmədov qələbə ilə bağlı tvitter hesabında paylaşım edib.

O, "Turan Tovuz" zəfəri ilə bağlı bunları yazıb: "Komandamız geridönüş edərək Tovuzda "Turan Tovuz"a qalib gəldi. Son oyundakı məyusluqdan sonra futbolçulara göstərdikləri ustalıq və peşəkarlığa görə öz təşəkkürümü bildirirəm. "Zirə" ilə zirvəyə!".

"Zirə" 8 turdan sonra 13 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Bir oyun az keçirən lider "Qarabağ"dan 8 xal geri qalır.