Daşkənddə türkdilli ölkələrdə futbolun inkişafı müzakirə olunub
FİFA-nın dəstəyi ilə Daşkənddə türkdilli ölkələrin – Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Macarıstan futbol federasiyalarının rəsmi şəxsləri arasında görüş keçirilib.
Mediasport.az xəbər verir ki, futbolun inkişafı istiqamətində müzakirələrin aparıldığı görüşə Asiya Futbol Konfederasiyasının və UEFA-nın nümayəndələri də qatılıblar.
Toplantıda milli komandalar, klublar arasında beynəlxalq yarışların təşkili perspektivləri müzakirə olunub. Həmçinin futbol mütəxəssislərinin, məşqçilərin, hakimlərin qarşılıqlı inkişafı, işbirliyinin qurulmasının vacibliyi qeyd olunub.
Görüşdə AFFA-nın baş katib Sərxan Hacıyev iştirak edib.