Millimizin Monqolustana qarşı oyununun başlanma vaxtı açıqlanıb

Millimizin Monqolustana qarşı oyununun başlanma vaxtı açıqlanıb

FİFA tərəfindən ilk dəfə mart ayında Bakıda təşkil olunacaq “FİFA series - Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunların məkanı və başlanma saatları müəyyənləşib.

Mediasport.az xəbər verir ki, turnirdə komandamızla yanaşı, Bolqarıstan, Tanzaniya və Monqolustan milliləri iştirak edəcəklər.

Azərbaycan yığması ilk matçını martın 22-də Monqolustana qarşı keçirəcək.

Qarşılaşmalar Tofiq Bəhramov adına Respublika stadionunda və "Dalğa Arena"da təşkil ediləcək.


"FİFA series - Edition 2024"


22 mart

Bolqarıstan – Tanzaniya

Dalğa Arena. Saat 17:00

Azərbaycan – Monqolustan

Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00


25 mart

Tanzaniya – Monqolustan

Dalğa Arena. Saat 17:00

Azərbaycan – Bolqarıstan

Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00