Kolumbiya 1/4 finalda, Braziliya qrupda ilk qələbəsini qazanıb

Kolumbiya 1/4 finalda, Braziliya qrupda ilk qələbəsini qazanıb

Futbol üzrə Amerika Kuboku turnirində qrup mərhələsinin 2-ci turunun oyunları yekunlaşıb.

Mediasport.az xəbər verir ki, D qrupu çərçivəsində iki oyun keçirilib.

Gecənin ilk qarşılaşmasında Kolumbiya Kosta-Rikanın qapısından 3 cavabsız top keçirib və pley-offa vəsiqəni təmin edib.

Braziliya azlıqda qalan Paraqvaydan üstün olub və qrupda ilk qələbəsini rəsmiləşdirib. "Real"ın ulduz futbolçusu Vinisius Junior iki qol vurub.

Xatırladaq ki, bu gecə A qrupunda keçiriləcək 2 oyunla üçüncü tura start veriləcək.

Amerika Kuboku. Qrup mərhələsi. 2-ci tur

29 iyun

D qrupu

Kolumbiya - Kosta-Rika 3:0

Qollar: Luis Diaz (penalti), 31; Davinson Sançez, 59; Con Kordoba, 62.

"Foniks Universiteti" stadionu.



Paraqvay - Braziliya 1:4

Qollar: Omar Alderete, 48 - Vinisius Junior, 35, 45+5; Savio, 43; Lukas Paketa (penalti), 65.

Qırmızı vərəqə: Andres Kubas, 81.

"Alleqiant" stadionu.

Xal durumu: Kolumbiya - 6 xal, Braziliya - 4 xal, Kosta-Rika - 1 xal, Paraqvay - 0 xal.



30 iyun

A qrupu

04:00 Argentina - Peru

04:00 Kanada - Çili

Xal durumu: Argentina - 6 xal, Kanada - 3 xal, Çili - 1 xal, Peru - 1 xal.