AÇ-2024: Final mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlandı

AÇ-2024: Final mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlandı

2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlanıb.

mediasport.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksandr Çeferin Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 47-ci Konqresində məlumat verib.

Növbəti dəfə Avropa futbol təşkilatına rəhbər seçilən sloveniyalı tədbirin bu il dekabrın 2-də keçiriləcəyini deyib.

AÇ-2024-ün final mərhələsi iyunun 14-də başlanacaq, iyulun 14-də başa çatacaq.