Azərbaycan Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər

Azərbaycan Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər

Futbol üzrə UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün final matçı Azərbaycanda keçirilə bilər.

Mediasport.az xəbər verir ki, AFFA ev sahibliyi üçün ali futbol qurumuna müraciət edib.

Federasiya həlledici qarşılaşmanın təşkili üçün Bakı Olimpiya Stadionunu namizəd göstərib.

Finala ev sahibliyi etməyə digər arena Madriddəki "Metropolitano" stadionudur.

Yekun təkliflər 19 mart 2025-ci il tarixinədək tender sənədləri ilə birlikdə UEFA-ya təqdim edilməlidir.

Qurumun İcraiyyə Komitəsi may ayında finalların keçiriləcəyi yerləri müəyyən edəcək.