UEFA-nın paylaşımı: "Juninyo "Bayer"lə oyunda şou göstərdi"

UEFA-nın paylaşımı: "Juninyo "Bayer"lə oyunda şou göstərdi"

UEFA Avropa Liqasının "X" hesabı 1/8 final mərhələsində ötən həftə Bakıda keçirilmiş "Qarabağ" - "Bayer" oyunu ilə bağlı yeni paylaşım edib.

Mediasport.az xəbər verir ki, Avropa futbol qurumu paylaşımda "köhlən atlar"ın hücumçusu Olavio Juninyo barədə xoş sözlər yazıb.

Postda "Juninyo "Bayer"lə oyunda şou göstərdi" qeydi yer alıb və onun həmin görüşdə məhsuldar ötürməsi və qolu paylaşılıb.

Qeyd edək ki, matç heç-heçə (2:2) başa çatıb, komandalar sabah Leverkuzendə qarşılaşacaqlar.