Premyer Liqada ilk 5 turun təqvimi

Premyer Liqada ilk 5 turun təqvimi

Bu gün Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümünün püşkatma mərasimi keçirilib.

MediaSport.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov, elita klublarının nümayəndələri, jurnalistlər iştirak ediblər.

İlk turu 4-6 avqust tarixlərdə keçiriləcək yeni mövsümün startda üz-üzə gələcək komandaları aşağıdakı kimidir:


Azərbaycan Premyer Liqası


4-6 avqust. I tur


“Turan Tovuz”-“Araz-Naxçıvan”

“Qarabağ”-“Zirə”

“Kəpəz”-“Neftçi”

“Səbail”-“Sumqayıt”

“Sabah”-“Qəbələ”


11-13 avqust. II tur


“Araz-Naxçıvan”-“Qəbələ”

“Sumqayıt”-“Sabah”

“Neftçi”-“Səbail”

“Zirə”-“Kəpəz”

“Turan Tovuz”-“Qarabağ”


18-20 avqust. III tur


“Qarabağ”-“Araz-Naxçıvan”

“Kəpəz”-“Turan Tovuz”

“Səbail”-“Zirə”

“Sabah”-“Neftçi”

“Qəbələ”-“Sumqayıt”


25-27 avqust. IV tur


“Araz-Naxçıvan”-“ Sumqayıt”

“Neftçi”-“Qəbələ”

“Zirə”-“Sabah”

“Turan Tovuz”-“Səbail”

“Qarabağ”-“Kəpəz”


1-3 sentyabr. V tur


“Kəpəz”-“Araz-Naxçıvan”

“Səbail”-“Qarabağ”

“Sabah”-“ Turan Tovuz”

“Qəbələ”-“Zirə”

“Sumqayıt”-“Neftçi”