Ukrayna idmançıları Yay Olimpiya Oyunlarında iştirak etməyə bilər
Ukraynanın Gənclər və İdman Naziri Matvey Bedni Paris-2024 Yay Olimpiya Oyunları haqda danışıb.
Mediasport.az xəbər verir ki, dövlət rəsmisi hansı halda yarışlarda iştirak etməyəcəklərini açıqlayıb:
"Bu cür beynəlxalq yarışlarda iştirak edərək əvvəlki gücümüzü yenidən sərgiləyə bilərik. Düzgün analiz etsək, dəqiq təhlillər aparsaq, bunun vacib olduğunu başa düşmək çətin olmaz. Əgər Beynəlxalq Olimpiya Komitəsi rusiyalı idmançıların oyunlarda mübarizə aparmaqlarına icazə versə, bizim iştirakımız mümkün olmayacaq".
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə vəziyyəti davam edir.
Dünyanın əksər təşkilatları, idman federasiyaları Ukraynaya hücumlardan sonra Rusiyanı beynəlxalq yarışlardan uzaqlaşdırıb.