Dünya çempionumuz Paris olimpiadasına qələbə ilə başladı
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarına uğurla start verib.
Mediasport.az xəbər verir ki, 100 kq çəkidə yarışan son dünya çempionumuz mübarizəyə 1/8 finaldan başlayıb.
Polşalı rəqibinə heç bir şans verməyən Kotsoyev Pyotr Kuçeranı ipponla məğlub edərək 1/4 finala yüksəlib.
Cüdoçumuz yarımfinal yolunda Peter Palçiklə (İsrail) qarşılaşacaq.
Xatırladaq ki, əvvəlki günlərdə Azərbaycan cüdoçularından Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Zelim Çkayev (81 kq) və Elcan Hacıyev (90 kq) uğursuz çıxış ediblər.
Yalnız 73 kq çəkidə Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.
Ölkəmiz Parisə 9 cüdoçu ilə yollanıb.