Azərbaycanın daha 2 güləşçisi olimpiadada medal qazana bilmədi

Azərbaycanın daha 2 güləşçisi olimpiadada medal qazana bilmədi

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını medalsız başa vurub.

Mediasport.az xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan idmançımız üçüncü yer uğrunda görüşdə Qırğızıstan təmsilçisi Akjol Mahmudova məğlub olub - 5:6.

87 kq çəkidə mübarizə aparan Rafiq Hüseynovun da startda uduzduğu rəqibi finala yüksələ bilmədiyi üçün ikiqat dünya çempionumuzun medal qazanmaq şansı qalmayıb.

Xatırladaq ki, yunan-Roma güləşçilərimizdən daha əvvəl Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (130 kq) ümidləri doğrultmayıblar.

Komandanın son üzvü - 67 kq-da Həsrət Cəfərov bu axşam bürünc medal görüşünə çıxacaq.