Ümummilli lider Heydər Əliyevin 100 illik xatirə turniri start götürdü
Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini futbol turnirinin açılış mərasimi keçirilib.
mediasport.az xəbər verir ki, Tennis Akademiyasında keçirilən mərasim Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirin bədii hissəsində xalq artisti Samir Cəfərovun Ulu Öndərə həsr olunmuş mahnılar ifa edib, gimnastika hamı üçün, brek dans və digər nümunəvi çıxışlar olub.
Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Mini Futbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, Azərbaycan idmanının ən böyük himayədarı ulu öndər Heydər Əliyevin xatirə turnirində bütün dövlət qurumları təmsil olunur.
İlk oyunda Dövlət Neft Şirkəti (SOCAR) ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) komandaları qarşılaşıblar. FİFA referiləri Əliyar Ağayev və Knyaz Əmiraslanovun idarə etdikləri oyunda topa ilk zərbəni “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov vurub.
Ümumilikdə 52 dövlət qurumu - nazirlik, komitə, səhmdar cəmiyyət, agentlik digər strukturların təmsil olunduğu yarış hər birində 13 komanda olmaqla, 4 qrupda küçiriləcək.
6 may 2023-cü ilə qədər davam edəcək turnir 4 mərhələli (İlkin mərhələ, Pley-off, İkinci mərhələ, “4-lər finalı”) sistem üzrə təşkil edilib.