"Qarabağ" yeni müqavilə bağladı

"Qarabağ" yeni müqavilə bağladı

"Qarabağ" İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyi ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

mediasport.az xəbər verir ki, anlaşmanı İB-nin İdarə heyətinin sədri Atanur Cəfərli və "Qarabağ"ın baş meneceri Asif Əsgərov imzalayıb. 

Razılaşmaya əsasən, komandanın Avroliqada keçirəcəyi bütün görüşlərdə könüllülüyün təşkili bu təşkilat tərəfindən təmin olunacaq.